Dünəndən
dəhşət içindəyəm. Coca-Cola şirkəti də buna izah verməlidir. Bizim ölkədə
Sentyabrın
10-da Rəsulzadə qəsəbəsində Favorit marketdən bəzi şeylər (hazır xəngəl :) ) və 2 l-lik fanta aldıq.
Sonra qohumum Yusif əmigilə getdik. Atam bizi orada qoyub getdi və birdən gözüm
Fantanın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?
İndi
də onun ağzı açılmayıb...
Həmin
bu qara-qura əcaib zibillər ağzı açıq olmayan Fantanın içərisində idi.
Dəhşət
ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi
görmürük. Dəhşətə gəldim ki, indiyədək içmədiyim zibillər qalmayıb....
Mən fotoları da yerləşdirirəm.
Fantanın
alınma çeki də durur. Onun ağzı yenə açılmayıb və bütövdür... Hətta onu gizlətmişəm
ki, Agent
Cody Banks (Destination London) filmindəki kimi, birdən gəlib sübutumu oğurlayarlar

Mən
onlardan izahı necə tələb edə bilərəm.
Bəlkə
bir neçə nəfər qəzetçi və blogger bu Fantanı şirkətə təqdim eləsin və izah istəsin.
Yəqin mən getsəm, əlimdən alıb, bir təpik də vurub qovarlar məni.
Tərslikdən,
dərslər də başlayır, özümü toparlayıb
riyaziyyatdan dünya olimpiadasına qatılmaq istəyirəm. Amma bu şeyləri görəndən sonra,
düşünürəm ki, məndən heç nə çıxmaz.. İşim gücüm hər şeyin içində cücü-mücü axtarmaq
olacaq...