Wednesday, June 3, 2015

Asan imtahan suallarıyla Asan Təhsil qururlar

Dünən TQDK 9-cu sinifi bitirənlər üzrə imtahan keçirdi. Biraz suallarla maraqlandım. Sonra isə çox təəccübləndim. Hər kəs deyirdi ki, suallar çox asan idi. Hamı çox sevinirdi. Mənim bacım da imtahan verdiyindən bəzi sualları əldə edə bildim. Dəhşətə gəldim. Yəni 9-cu siniflər 3-cü sinfinmi dərslərini keçir. Mən bu suallardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm: 
1. Bir uşağın 8 manatı var. Uşaq pulunun 50%-i işlətdikdə onun nə qədər pulu qalar?

2. A hərfi haqqında düzgün variantı seçin:
a) İncədir, dodaqlanır, qapalıdır
b) Qalındır, dodaqlanmır, açıqdır
c) Qalındır, dodaqlanmır, qapalıdır
d) İncədir, dodaqlanmır, açıqdır

Artıq suallarla tanış oldunuz və təhsilin Azərbaycanda nə yerdə olduğunu bir daha gördünüz. Heç olmazsa 1-ci sualda 50% yerinə 47,5% və ya 49% faiz qoya bilməzdinizmi? İkinci sualda tamamilə 2-ci və ya 3-cü sinif testidir. 
Yaxşı tutaq ki, bu asan suallarla hamı imtahandan keçdi, hamı sevindi, güldü. Axı bəs sonra nə edəcəksiniz, özünüzlə bu imtahandan keçdiyinizə görə öyünüb, başqa imtahanlardan isə keçməyəndə oturub ağlayacaqsınızmı? TQDK bununla bizə nə demək istəyir? Belə çıxır ki, fikirləşirlər hamı imtahandan keçəcək. Deməli, TQDK hamıya "yaxşı" təhsil vermişdir.

No comments:

Post a Comment