Saturday, June 13, 2015

Müdrik dostum

Bu tısbağanın adı Uqveydir (Oogway) . Hərdən onu Tosu deyə də adlandırırıq. Evimizdə xüsusi yeri var, çünki o, müdrikdir. Adını məşhur film "Kung Fu Panda" filmindəki müdrik tısbağadan götürmüşük. 


Bacım hərdən onun önünə güzgü qoyur, fikirləşir ki, tək darıxır. Mən isə bilmirəm o, güzgüyə baxdıqda nə fikirləşir. Bəlkə aynadakı əksini dostu fikirləşir, bəlkə öz əksindən qorxur, bəlkə də, bilir ki, aynadakı özüdür.

Thursday, June 4, 2015

İlk caps

Bu da ilk capsim (hərdən maraqlı caps-lar gələcək) :

PlayStation 3 Controllerin PC-də işləməsi

Sizə PS3(PlayStation3) Controllerin(Pult) PC-də necə işlədiyini göstərmək istəyirəm. Sizə PS3 Controller, PS3 Conroller USB və bir program lazımdır. Bu sizin fikirləşdiyiniz kimi sadə deyil, yəni PS3 Controlleri PC-ə qoşsaq işləməz, ona görə də, birazdan verəcəyim təlimatları yerinə yetirmək lazımdır.
1. Controlleri kompyuterə qoşun.






2. Bu linkdən MotionİnJoy adlı proqramı yükləyin: http://adf.ly/bHWo9
 LİNKİ AÇDIQDAN SONRA 5 SANİYƏ GÖZLƏYİN VƏ SAĞ ÜSTDƏKİ SARI YERƏ BASIN!

3. Programı yüklədikdən sonra başladın. Daha sonra üstdəki Driver Manager yazısına basın:










4. Driver Manager-də İnstall All yazısına tıqlayın:









5. Profiles yazısına tıqlayın, indi isə şəkildə göstərilənləri yerinə yetirin:



Hazırdır, istənilən oyuna daxil olun və oynayın.














Arıların riyaziyyatı

İlk öncə sizdən bir sual soruşaraq başlayaq. Siz balpətəyi yaratımında hansı şəkli işlədərdiz? Qərar verdiniz? Siz onu fikrinizdə tutun, bir sual daha. Pətəklərin altıbucaqlı şəklində hörülməsində avantaj varmıdır? Əlbəttə vardır. Bəs niyə? Biraz riyaziyyat işinə girişək. Eyni sahəyə malik olan dairəvi, kvadrat, beşbucaqlı və altıbucaqlı bağlar olduğunu fikirləşək. Bu bağçaların ətrafını məftillə sarısaq hansına daha az məftil işlədərdiniz? Cavab: Ən az məftil dairədə işlədiləcək. İkinci ən az altıbucaqlıda, üçüncü ən az kvadratda, ən çox isə beşbucaqlıda işlədilər. Ortaya belə bir sual çıxır? Məftil ən az dairədə işlənirsə niyə arıların pətəyi altıbucaqlıdır? Əsl iş buradadır: Arılar dairə şəklini seçsəydilər ortada boşluqlar qalardı. Ona görə də daha az mum işlətmək üçün altıbucaqlını seçiblər.












Buradan videonu izləyin:

Wednesday, June 3, 2015

Sevimli video oyunum

Oyun oynamaq mənim hobbimdir. Buna görədə bunu blogda paylaşmaq qərarına gəldim. Sizləri mənim PlayStation 3 oyunum "BattleField: Hardline" haqqında biz az məlumat vermək istəyirəm.



Oyun keçən il (2014) çıxıb və qrafikləri çox gerçəkçidir. Oyunu onlayn və bölümləri ilə oynamaq olar. Daha çox onlayn oynanan oyunda maşın, helikopter, hətta gəmi belə var. Oyunu sizə tövsiyə edirəm.















Şahbaz əmidən qiymətli hədiyyə

Bu il Fizika-riyaziyyat təmayüllü liseyə imtahan verdim. Qəbul olmağım münasibətilə "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu əmi mənə Hektor Malonun "Ailəsiz" əsərini hədiyyə yollayıb. Kitab çox maraqlıdır, yarısınacan oxumuşam və sizlərə də tövsiyə edirəm.
Şahbaz əmiyə də buradan təşəkkürlər yollayıram.
Yayda çoxlu boş vaxtım olacaq, bir gün gəlib mətbəədə kitab daşıya bilərəm.

Həcü kolası

Həcü koladı, Həcü pepsidi, Həcü kompotdu, 

Həcü limonaddı, Həcü başqadu.

Asan imtahan suallarıyla Asan Təhsil qururlar

Dünən TQDK 9-cu sinifi bitirənlər üzrə imtahan keçirdi. Biraz suallarla maraqlandım. Sonra isə çox təəccübləndim. Hər kəs deyirdi ki, suallar çox asan idi. Hamı çox sevinirdi. Mənim bacım da imtahan verdiyindən bəzi sualları əldə edə bildim. Dəhşətə gəldim. Yəni 9-cu siniflər 3-cü sinfinmi dərslərini keçir. Mən bu suallardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm: 
1. Bir uşağın 8 manatı var. Uşaq pulunun 50%-i işlətdikdə onun nə qədər pulu qalar?

2. A hərfi haqqında düzgün variantı seçin:
a) İncədir, dodaqlanır, qapalıdır
b) Qalındır, dodaqlanmır, açıqdır
c) Qalındır, dodaqlanmır, qapalıdır
d) İncədir, dodaqlanmır, açıqdır

Artıq suallarla tanış oldunuz və təhsilin Azərbaycanda nə yerdə olduğunu bir daha gördünüz. Heç olmazsa 1-ci sualda 50% yerinə 47,5% və ya 49% faiz qoya bilməzdinizmi? İkinci sualda tamamilə 2-ci və ya 3-cü sinif testidir. 
Yaxşı tutaq ki, bu asan suallarla hamı imtahandan keçdi, hamı sevindi, güldü. Axı bəs sonra nə edəcəksiniz, özünüzlə bu imtahandan keçdiyinizə görə öyünüb, başqa imtahanlardan isə keçməyəndə oturub ağlayacaqsınızmı? TQDK bununla bizə nə demək istəyir? Belə çıxır ki, fikirləşirlər hamı imtahandan keçəcək. Deməli, TQDK hamıya "yaxşı" təhsil vermişdir.

Bir gün gözləyin

İşim çoxdur. Blogun tikintisi gedir. Penoplast üzlük çəkib, görüşünüzə gələcəm...